“Qarabağ” bu gün Quzanlıda məşqə çıxacaq (korner.az)
8 Fev 2010
“Qarabağ” bu gün Quzanlıda məşqə çıxacaq (korner.az)
Premyer-liqanın 19-cu turu çərçivəsində "Karvan"la qarşılaşacaq "Qarabağ" oyunun keçiriləcəyi Quzanlı qəsəbəsinə yola düşüb. “Korner.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün axşam saatlarında "Karvan"la oyunun keçiriləcəyi Quzanlı Olimpiya kompleksinin stadionunda məşq edəcək.
Xatırladaq ki, fevralın 9-da keçiriləcək Premyer-liqanın 19-cu turunun "Qarabağ" - "Karvan" oyunu saat 14.15-də başlayacaq. Oyunun baş hakimi Rövşən Əhmədovdu.
Xatırladaq ki, fevralın 9-da keçiriləcək Premyer-liqanın 19-cu turunun "Qarabağ" - "Karvan" oyunu saat 14.15-də başlayacaq. Oyunun baş hakimi Rövşən Əhmədovdu.