“Qarabağ” bu həftə məşqlərə başlayacaq (ÇEMPİON, 04.07.2005)

single-news
4 İyl 2005

“Qarabağ” bu həftə məşqlərə başlayacaq (ÇEMPİON, 04.07.2005)



Bir çox klublarımız növbəti çempionata hazırlığa başlasalar da, onların arasında hələ də “Qarabağ”a rast gəlmirik. Lakin Ağdam təmsilçisi bu xoşagəlməz susqunluğu pozmaq niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovdan aldığımız xəbərə görə, bu həftə çoxdan bəridir yolu gözlənilən yeni baş məşqçi Azərbaycana gələcək: “Həftənin üçüncü, ya dördüncü günü yüz yeni baş məşqçimiz gəlir. Ondan sonra bütün futbolçularımız da bir yerə yığışacaq. Son vaxtlar bizimlə müqaviləsi olan futbolçuların komandadan gedəcəyi barədə xəbərlər yayılsa da, bu söz-söhbət həqiqətəuyğun deyil. Onların heç birini buraxmayacağıq. Bundan başqa, ukraynalı və digər legionerlər də bu həftə düşərgəmizə gələcəklər. Artıq türkiyəli Mustafa Engin Özmən Bakıya gəlib”. Onu da xatırladaq ki, baş məşqçi ilə birlikdŠ klubun icraçı direktoru Əmrah Çəlikəl də Bakıya qayıdacaq. Transfer edilməsi nəzərdə tutulan Müşfiq Hüseynovun da taleyinə məhz bundan sonra aydınlıq gələcək.

Paylaş