`Qarabağ` bugün başladı, sabah gedir

single-news
26 Apr 2013

`Qarabağ` bugün başladı, sabah gedir



`Qarabağ`ımız premyerliqanın XXVIII turunda qarşılaşacağı `Qəbələ` ilə oyunun hazırlıqlarına start verib.  2 gün öncə ölkə kubokunda `Neftçi`ylə qarşılaşan komandamızın baş məşqçisi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi. Bugün komandamız tək məşqlə kifayətlənəcək. Sabah isə komandamız eyniadlı rayona yollanacaq. Axşam isə matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.
Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` oyunu Aprelin 28-də,  saat 16:00-da keçiriləcək.

Paylaş

// pop up