"Qarabağ" "Bursaspor" və "Deportivo"nu qabaqladı (fanat.az)

single-news
3 Noy 2010

"Qarabağ" "Bursaspor" və "Deportivo"nu qabaqladı (fanat.az)



Yeganə təmsilçimiz 236-cı pilləyə düşdü

Fanat: Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, ötən aylarda olduğu kimi Azərbaycandan yenə siyahıda bir klub - "Qarabağ" təmsil olunub.
Ötən ayla müqayisədə "Qarabağ" 3 pillə geriləyib. Aktivində 82,5 xal olan Ağdam təmsilçisi 233-cü yerdən 236-cı yerə düşüb.
Geriləməyə baxmayaraq, "Qarabağ" Türkiyənin "Bursaspor", Rusiyanın "Spartak", "Lokomotiv", İngiltərənin "Blekbern", "Portsmut", "Stok Siti", Almaniyanın "Maynts 05", "Herta", İspaniyanın "Osasuna", "Deportivo", İtaliyanın "Parma" və başqa tanınmış klubları arxada qoyub.
Siyahıya ötən ay olduğu kimi Çempionlar Liqasının son qalibi "İnter" başçılıq edir. "Barselona" 2-ci, "Bavariya" 3-cü pilləni tutur.

Paylaş

// pop up