`QARABAĞ` cəbhə bölgəsində...Az qaldı...

single-news
7 May 2009

`QARABAĞ` cəbhə bölgəsində...Az qaldı...



`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarını davam etdirir. `Bakı`nı məğlub edərək ölkə kubokunun finalına yüksələn komandamız bu gün 1 hazırlıq keçib. Saat 11:00-da baş tutan  çalışmada bir gün öncə 90 dəqiqə oynayan futbolçular yüngül qaçışla kifayətlənib. Ümumiyyətlə, məşqdə futbolçuların əla əhval-ruhiyyədə olması diqqətdən qaçmayıb.
Günortadan sonra isə futbolçular hər bir vətəndaşın borclu olduğu bir işi yerinə yetiriblər. Futbolçularımızın şəxsi təşəbbüsü ilə komandamız cəbhə bölgəsinə yollanıb. İşğal olunmuş ərazilərin çılpaq gözlə görünə biləcəyi qədər təmas xəttinə yaxınlaşan komandamız düşmənə qarşı cəsarətlə dayanmış əsgərlər tərəfindən hərarətlə qarşılanıb.
İlk olaraq `N` saylı hərbi hissənin zabiti nitqində `Qarabağ`a təşəkkür etdi. `Qarabağ`ın ev oyunlarını Ağdamda oynamasını, əsgərlərlə görüşə gəlməsini əsgərlərin düşmənlərə qarşı səngərdəki mübarizəsi kimi qiymətləndirib. Zabitimiz `Qarabağ`ın yenidən Qarabağda oynamağa başlamasından sonra mənfur qonşularımızın vahiməyə düşdüyünü və komandanın bu hərəkətini doğma `İmarət`də oyunların keçirilməsini tezləşdirəcəyini bildirib.
Kapitanımız Aslan Kərimovun nitqindəki bu cümlə isə bütün görüşün hərarətini bildirdi:` İnanıram ki, bu günün əsgərləri tezliklə `Qarabağ`ın oyunlarını `İmarət`də azarkeş kimi izləyəcəklər`.
Sonra isə komandamızın dünyaca ünlü playmeykeri Artim Şakiri hərbi hissənin zabitinə forma hədiyyə etdi. Eyni zamanda komandamızın üzvləri də gətirdikləri sovqatları hərbi hissənin bazasına təhvil verdilər.
Ardınca isə komandamız döyüşə hazırlaşan əsgərlərin hazırlıqları ilə tanış oldu. Komandamız legionerlərinin də gözü qarşısında Azərbaycan ordusunun qüdrəti tezliklə işğal olunmuş əraziləri azad edəcəyinə bir daha əminlik yaratdı.
Ən nəhayət, göstərilən maraqlı əlbayaxa məharətləri hər kəsin alqışına səbəb oldu.
Bu maraqlı görüş ordumuzun komandanı alqışlarla `Qarabağ` sədalarıyla başa çatdı.
Hər halda, çox da uzaq da olmayan düşmənin ürəyində bu səda qurğuşun kimi asılıb qaldı.
Çünki, bu səda artıq `Qarabağ`ın Qarabağa gedən ayaq səslərinin ilham qanadı idi....

FOTOQALEREYA bölümünə daxil olun...

Paylaş

// pop up