“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi

single-news
3 Noy 2025

“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Çelsi”yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Sebastian Gişamer idarə edəcək. Roland Riedel və Santino Şreiner baş hakiminin köməkçiləri olacaqlar. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber və Jozef Sparni olacaqlar.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

5 noyabr

 

21:45. “Qarabağ” – “Çelsi”

Baş hakim:  Sebastian Gişamer

Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner

Dördüncü hakim: Uolter Altmann

VAR: Manuel Şuettenqruber

AVAR: Jozef Sparni

(Hakimlər briqadası Avstriyadandır)

Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up