“Qarabağ” çempionata Qaxda hazırlaşacaq (APA)
22 İyl 2005
“Qarabağ” çempionata Qaxda hazırlaşacaq (APA)
Uzun axtarışdan sonra Elxan Abdullayevi baş məşqçi postuna dəvət edən Ağdamın “Qarabağ” klubu növbəti mövsümün hazırlıqlarına başlayıb.
Bu gündən hazırlığı intensivləşdirən komanda gündə iki dəfə məşq edəcək. İyulun 25-də isə ağdamlılar təlim məşq-toplanışını davam etdirmək üçün Qaxa yollanacaq. Bu haqda APA-ya məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun sözlərinə görə, komandanın qonşu ölkələrdən birinə toplanışa getməməyinin əsas səbəbi vaxtla əlaqəlidir. A.Əsgərov bildirib ki, növbəti mövsümün başlanmasına az vaxt qaldığından rəhbərlik hazırlığın ölkədə davam etməsini məsləhət görüb. XIV milli çempionatın startına qədər bir neçə yoldaşlıq matçında qüvvəsini sınayacaq “Qarabağ” yerli futbolçularla yaxın günlərdə müqavilə imzalayacaq. /APA/