"QARABAĞ" DA 3 GÜRCÜ

single-news
29 Yan 2008

"QARABAĞ" DA 3 GÜRCÜ



“Qarabağ” Futbol Klubu ikinci dövrənin hazırlıqlarını davam etdirir. Daha doğrusu, sabahdan etibarən məşqlərini bərpa edəcək komandamızın əsas heyətinə 3 legioner qoşulub. Gürcüstan vətəndaşları olan  Georgi Xutsişvili, Valeriy Bolkvadze, Mixael Kostava artıq 10 gündən çoxdur Bakıdadır. “Qarabağ – 2”-nin kollektivi ilə məşq edən Gerogi və Mixael hüçumcu, Valeriy isə yarımmüdafiəçi-playmakerdir. 18 yaşı olan Georgi “Zoovet” 12  (5 qol), 19 yaşlı Valeriy “Dinamo”da 10, 19 yaşlı Mixael isə “Sioni”də 5 oyun keçirib. Valeriy eyni zamanda  Gürcüstanın gənclər millisinin də şərəfini qoryur.

Qeyd etdiyimiz kimi, hər 3 futbolçu 3 günlük istirahətdən dönən əsas komandayla sabahdan etibarən məşqlərə çıxacaq. Fevralın 16-sına qədər bir necə yoxlama oyunu keçirməyi planlaşdıran “Qarabağ” adı çəkilən futbolçuları sınayacaq. Baş məşqçimiz Rasim Kara futbolçuları bəyənsə onlarla uzunmüddətli müqavilə imzalanacaq.  

 

Paylaş

// pop up