"QARABAĞ" DAHA BİR DERBİ ÖNCƏSİ . . .

single-news
24 Mar 2006

"QARABAĞ" DAHA BİR DERBİ ÖNCƏSİ . . .



"Qarabağ" Futbol Klubu növbəti turun hazırlıqlarını davam etdirir. Kubokda yarımfinala yüksələn komandada bütün diqqətlər qarşıdakı "Karvan" oyununa yönəlmişdir. Hər gün matçın keçiriləcəyi T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edən "Qarabağ" liderlə oyunu qələbə ilə başa vurub turnir cədvəlini bir qədər də yaxılaşdırmaq niyyətindədir: Azər Məmmədov: "Çətin oyun olacaq. "Karvan" güclü rəqibdir, hazırda da turnir cədvəlinə başçılıq edir. Lakin biz də zəif deyilik. Bu gün biz elə gücdəyik ki, bütün klublar bizlə hesablaşmaq məcburiyyətindədirlər..." Mübariz Orucov: "Bütün diqqətlərimiz kuboka yönəlmişdi və buradan qalib tərəf kimi biz ayrıldıq. İndi isə "Karvan"la çemppionat oyununa hazırlaşırıq. Ardıcıl bir neçə ağır oyunlar oynamaq çətin olsa da futbolçu dostlarıma inanıram. Biz meydanda hər şey edəcəyik ki, bizə olan etimadı doğruldaq..." Qoqa Beraya: "Biz "Bakı" ilə çətin üç oyun oynadıq. Ardından isə çempionluğa iddialı digər klub- "Karvan"la oynamalıyıq. Uşaqlarda özünə inam yüksəkdir və bunu meydanda kollektiv oyunla göstərmək istəyirik. İnanıram ki istədiyimizə çatacağıq." Klubdakı son durum haqqında isə Baş Məşqçi Böyükağa Ağayev fikirlərini bölüşdü: "Növbəti turun hazırlıqlarını davam etdiririk. Kubokda yarımfinala yüksəlməmiz növbəti turda uşaqlara əlavə stimul oldu. Yaranmış əhval-ruhiyyənin meydana da sirayət edəcəyinə inanıram.Komandamı heç bir klubdab zəif hesab etmirəm. Proqnoz verməyi xoşlamıram. İtkilərimiz olsa da, meydana çıxacaq 11 futbolçunun qələbə uğrunda vuruşacağını deyə bilərəm. "

Paylaş

// pop up