`Qarabağ` davam edir..
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
18 Yan 2013
`Qarabağ` davam edir..
`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışına davam edir. Hazırlığın 8-ci günündə planda 2 məşq olsa da, həlilik ilk məşq baş tutub. Dünənki hərarətli havadan fərqli olaraq, Aralıq dənizi sahillərində yenidən yağışlı-küləkli hava şəraiti başlayıb. Buna baxmayaraq komandamızın 11-dəki çalışması baş tutub. Ayağında müəyyən ağrı olan Muarem Muarem fitnes zalında çalışıb. `Qarabağ`ımızın məşqi 90 dəqiqə davam edib. Fiziki yükləmələrin ardından mini futbolla çalışma başa çatıb.
`Qarabağ`ın 2-ci çalışmasının qeyd etdiyimiz hava şəraiti səbəbindən baş tutması qeyri-müəyyəndir. Yağış dayanmasa `Qarabağ`ımız trenajor zalından yararlanacaq.
`Qarabağ`ın 2-ci çalışmasının qeyd etdiyimiz hava şəraiti səbəbindən baş tutması qeyri-müəyyəndir. Yağış dayanmasa `Qarabağ`ımız trenajor zalından yararlanacaq.