`Qarabağ` davam edir

single-news
25 İyn 2014

`Qarabağ` davam edir



`Qarabağ`ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın növbəti günündə komandamızın tək məşqi vardı. `Qarabağ`ımız məşqə yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollandı. Komandamızın hazırlığı 100 dəqiqə davam etdi. Komandamızın bu məşqi fiziki hazırlığın təkmilləşməsi üzərinə qurulmuşdu. Yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş məneələri dəf edərək qapıya zərbələr üzərində çalışıldı. Olduqca yüksək tempdə davam edən çalışma yüngül qaçışla başa çatdı.

Komandamızın məşqində Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışdı. `Şaxtyor`la oyunda yüngül zədə alan komandamızın yeni transferi Danilo Dias da kollektiv çalışmalarda iştirak etmədi. Amma braziliyalının zədəsi ciddi deyil.

Bu arada təlim-məşq toplanışı çərçivəsində komandamızın keçirəcəyi  2-ci hazırlıq matçının başlama saatı müəyyənləşib. Komandamız ayın 28-də `Krasnodar`la saat 16:00-da (Bakı vaxtıyla 19:00) qarşılaşacaq.  

 

Paylaş

// pop up