`Qarabağ` dayanmır, doymur, buraxmır

single-news
21 Fev 2011

`Qarabağ` dayanmır, doymur, buraxmır



`Qarabağ`ımız fırtına kimi əsməkdə davam edir. Komandamız artıq dalbadal 6 oyundu qələbə qazanmaqla cari mövsüm yeni rekorda imza atıb. Qeyd etdiyimiz göstəriciylə `Qarabağ`ımız `Neftçi`nin 2-6 tur arasında əldə etdiyi 5 oyunluq qələbə seriyasını yeniləyib. Ardıcıl 6 qələbəylə 4-cü sıraya yüksələn komandamız eyni zamanda müdafiə xəttindəki uğuruyla da diqqət çəkir. Belə ki, komandamız 6-0-lıq seriyasında cəmi 1 qol buraxması da sevindirici məqamdır.
Ötən ilin dekabrından başlayaraq qarşısına çıxan rəqibləri məğlub edən komandamız sadəcə `Xəzər-Lənkəran`la oyunda qol buraxıb. `Qarabağ`ımız bu seriyada `İnter`, `Xəzər-Lənkəran`, `Qəbələ` kimi iddialıları məğlub edib.
Komandamız bu seriyada `Qarabağ` - `İnter` 1:0, `Qarabağ` - `Muğan` 2:0, `Simurq` - `Qarabağ` 0:1, `Xəzər-Lənkəran - `Qarabağ` 1:2, `Qarabağ` - `Qəbələ` 3:0, `Gəncə` - `Qarabağ` 0:1 oyunlarında qələbə qazanıb. 

Paylaş

// pop up