`Qarabağ` derbi üçün

single-news
8 Avq 2012

`Qarabağ` derbi üçün



`Qarabağ`ımız derbinin hazırlıqlarına başladı. Premyerliqanın II turunda `Neftçi`ylə qarşılaşacaq komandamız bugündən tam heyətlə çalışmalarını sürdürəcək. Bazar günü ilk turda `İnter`lə qarşılaşdıqdan sonra ertəsi komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət vermişdi. Dünəndən etibarən `ağ-qara`larla görüşün hazırlıqlarına başlayan komandamız bugün tək çalışmasını 19:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.
Xatırladaq ki, `Qarabağ` - `Neftçi` oyunu rəqibin Avrokubokdakı mücadiləsiylə  əlaqədar olaraq Avqustun 10-dan 11-ə  keçirilib. Oyun Mərdakandakı `Dalğa – Arena`da 20:00-da keçiriləcək.

Paylaş

// pop up