`Qarabağ` derbiyə hazırdır

single-news
16 Fev 2010

`Qarabağ` derbiyə hazırdır



`Qarabağ`ımız artıq Ağdamdadır. Azərbaycan premyerliqasının son ev oyununu keçirmək üçün komandamız Quzanlıda məskunlaşıb. Pemyerliqanın lideri `İnter`lə qarşılaşacaq komandamız qalibiyyətə köklənib. İlk `6`lıqda `qızıl` xallara görə rəqibini üstələyən komandamız qalib gəlməklə həlledici mərhələyə nikbin başlamağı planlaşdırır. Komandamızda itkilərə gəlincə, Zaur Həşimovun yüngül zədəsi var. `Xəzər-Lənkəran`la baş tutan sonuncu macda isə Emin İmaməliyevin sağlamlığında müəyyən problemlər yaranıb.

Xatırladaq ki, tərəflər arasında ilk yarıda baş tutan mücadilədə `İnter` 2:1 hesabıyla qələbə qazanmışdı. Oyun 14:15-dən etibarən AZTV vasitəsiylə canlı olaraq yayımlanacaq.

Paylaş

// pop up