“Qarabağ” - “Dinamo” matçının hakimləri müəyyənləşdi
1 Avq 2026
“Qarabağ” - “Dinamo” matçının hakimləri müəyyənləşdi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) matçının hakimləri açıqlanıb. Qarşılaşmanı İngiltərədən olan hakimlər idarə edəcək.
Stüart Attvell qarşılaşmanın baş hakimi olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər.
Lyuis Smit dördüncü hakim, Peter Bankes VAR, Ceyms Bell AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.
