"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda !

17 Noy 2019
"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda !
“Qarabağ”ımız Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si, saat 21:55-də Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.
Qarşılaşmanın biletləri sabah, saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.
Biletlərin satış məntəqələri:
Qarabağ FK fan-şop (Park Bulvar)
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
ASAN Sumqayıt
İticket.az (onlayn).