“Qarabağ” dünya reytinqində 124-cüdür

11 Apr 2025
“Qarabağ” dünya reytinqində 124-cüdür
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 124-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 138,50 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən cədvəldə 147,75 xalla 103-cü pillədə qərarlaşmışdı.