“Qarabağ” dünya reytinqində 131-cidir
12 İyl 2025
“Qarabağ” dünya reytinqində 131-cidir
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 131-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 137,25 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən cədvəldə 144,75 xalla 119-cu pillədə qərarlaşmışdı.
