“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi

7 İyl 2024
“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi
“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 39-cu pillədə qərarlaşıb. Komandamız 191,25 xala malikdir.
“Qarabağ” ötən cədvəldəki xallarını artırıb. Qurban Qurbanovun yetirmələri hesabını 7,50 xal zənginləşdirib. 14 pillə irəliləyən komandamız ötən ay 183,75 xalla 53-cü idi.