“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi
12 Okt 2025
“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 82-cı pillədə qərarlaşıb. “Qarabağ” 171 xala malikdir.
Komandamız Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. “Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 16,25 xal artımına nail olub və 14 pillə irəliləyib. Komandamız ötən cədvəldə 154,75 xalla 96-ci pillədə qərarlaşmışdı.
