“Qarabağ” dünya reytinqində 48-cidir

11 May 2024
“Qarabağ” dünya reytinqində 48-cidir
“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 48-ci pillədə qərarlaşıb. Komandamız 183 xala malikdir.
“Qarabağ” ötən cədvəldəki mövqeyini qoruyub. Qurban Qurbanovun yetirmələri hesabını 6,25 xal zənginləşdirib. Komandamız ötən ay 176,75 xalla 48-ci pillədə qərarlaşmışdı.