“Qarabağ” dünya reytinqində 60-cıdır

10 Okt 2024
“Qarabağ” dünya reytinqində 60-cıdır
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 60-cı pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 174,75 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən ay 182,75 xalla 52-ci pillədə qərarlaşmışdı.