“Qarabağ” dünya reytinqində 72-cidir

10 Noy 2024
“Qarabağ” dünya reytinqində 72-cidir
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 72-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 167,25 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən ay 174,75 xalla 60-cı pillədə qərarlaşmışdı.