“Qarabağ” dünya reytinqində 81-cidir

18 Yan 2025
“Qarabağ” dünya reytinqində 81-cidir
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2024-cü il üçün açıqladığı dünya klublarının reytinq cədvəlində 81-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 168,75 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən cədvəldə 167,25 xalla 67-ci pillədə qərarlaşmışdı.