“Qarabağ” dünya reytinqində 87-cidir

10 Fev 2025
“Qarabağ” dünya reytinqində 87-cidir
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 87-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 166,25 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız ötən cədvəldə 168,75 xalla 81-ci pillədə qərarlaşmışdı.