“Qarabağ” dünya reytinqində irəlilədi

10 Dek 2024
“Qarabağ” dünya reytinqində irəlilədi
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 67-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri 177,50 xala malikdirlər.
“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. Komandamız hesabını 12,25 xal zənginləşdirməklə 5 pillə irəliləyib. “Qarabağ” ötən ay 167,25 xalla 72-ci pillədə qərarlaşmışdı.