`Qarabağ` dünyada 110-cudu!

single-news
5 Mar 2014

`Qarabağ` dünyada 110-cudu!



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Qurum tərəfindən 2013-cü il martın 1-dən 2014-cü il fevralın 28-dək olan dövr üçün planetin 200 ən yaxşılarını  müəyyənləşib.
 
Ötən aylarda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız 1 komanda təmsil edir. Bu da ki, `Qarabağ`ımızdır. Ötən ay dünyanın 113-cüsü olan komandamız  hazırda 123,50 xalla 110-cu pillədə qərarlaşıb. Hesabını 4 xal artırıb 3 addım irəliləyən `Qarabağ` Malinin `Stad Malien de Bamako` klubu ilə eyni pilləni paylaşır.
 
Son bir ayda 10 klubu arxada qoyan komandamız `Əl-Əhli` (Misir), `Ponte Preta`, `Fluminense` (hər ikisi Braziliya), `Nasyonal` (Uruqvay), `Deportivo`, `Tolima` (hər ikisi Kolumbiya), `Sent Etyenn` (Fransa), `Buriram` (Tailand), `Kaşiva Reysol` (Yaponiya) `Real`ı (Peru) keçib.

Siyahının ilk 2 pilləsində dəyişiklik baş verməyib. Zirvədə yenə `Bavariya` qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya `Real`ı 301 xalla 2-cidir. `Barselona` isə 267 xalla 3-cüdür.
 

Paylaş

// pop up