"Qarabağ" dünyanın ən yaxşı klubları sırasında

single-news
23 Mar 2021

"Qarabağ" dünyanın ən yaxşı klubları sırasında



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı klublarının siyahısını açıqlayıb.

 

2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb. Azərbaycandan siyahıda yalnız bir klub - "Qarabağ" var.

 

Komandamız 1149,5 xalla 98-ci yerdə qərarlaşıb. "Qarabağ" siyahıda ÇSKA (Moskva, Rusiya), "Atalanta" (İtaliya), "Qalatasaray" (Türkiyə), "Monako", "Lill" (hər ikisi Fransa), "Everton" (İngiltərə) kimi klubları qabaqlayır.

Paylaş

// pop up