"Qarabağ" - "Dundalk" matçının biletləri satışda !

25 İyl 2019
"Qarabağ" - "Dundalk" matçının biletləri satışda !
"Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında iyulun 31-i, saat 21:00-da "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubunu qəbul edəcək. Artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)