"QARABAĞ" ƏCNƏBİLƏRİ SINAYIR (www.idman.azer.net)

single-news
2 Fev 2005

"QARABAĞ" ƏCNƏBİLƏRİ SINAYIR (www.idman.azer.net)



Hazırda Türkiyənin kurort şəhərlərindən hesab olunan Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını davam etdirir. Qeyd edək ki, bir neçə əcnəbi ilk dövrənin liderinin düşərgəsində baxışdadır. Bunlar arasında ukraynalı Andrey Komnenko, polşalı Denis Skolovski, xorvat Vladimir Boxaç və ukraynalı Artyom Şubli var. Əldə etdiyimiz məlumata görə, şirkət təmsilçisinin baş məşqçisi İqor Ponomaryov daha çox Denis Skolovskini bəyənib. Lakin hələ konkret heç kimlə müqavilə imzalanmadığından hələ dəqiq nəsə demək olmur. Bir neçə gün əvvəl Tula “Arsenal”ıyla 1:1 oynayan “Qarabağ” bu gün “Fakel”lə yoxlama qarşılaşması keçirəcək. Fevralın 3-də Ağdam təmsilçisinin rəqibi Xorvatiya nümayəndəsi “Rodnitski” olacaq. Komandanın mətbuat xidmətindən verilən məlumata görə, yaxın günlərdə “Qarabağ” Koreya klublarından biriylə də yoldaşlıq görüşü keçirəcək.

Paylaş