QARABAĞ-ƏDLİYYƏ 3:0

single-news
27 Noy 2004

QARABAĞ-ƏDLİYYƏ 3:0



Qarabağ komandası gozlənildiyi kimi oyuna hücumlarla başladı.Oyunun əvvəlindən üstünlüyü ələ alan Ponamoryovun yetirmələri öz istəklərinə 20-ci dəqiqədə çatdılar.Mərkəzdən hücumu A. Ponamoryov məntiqi sonluqla başa çatdırdı.Bundan sonra da gah sag, gah da sol cinahlardan hücumların qarşısını Ədliyyənin müdafiəciləri çətinliklə, həm də kobudluqla alırdılar.Bunun nəticəsi olaraq, oyunun 40-cı dəqiqəsində Ədliyyənin 6 nomrəli oyuncusu Xəlilov oyundan çıxarıldı. 2-ci hissəyə də hücumlarla başlayan Qarabağ 54-cu dəqiqədə I.Məmmədovla 2-ci qolu rəqibin qapısından keçirdi.Bundan sonra sakit məcrada keçən oyunun 90-cı dəqiqəsində Azər Cabbarov son nöqtəni qoydu. Maraqlı keçən oyun 3-0 hesabı ilə layiq olan komandanın- Qarabağın xeyrinə başa çatdı. 12- ci turun digər oyunları isə belə nəticələnmişdir: Kəpəz - Inter 0:1, Səfa - MKT Araz 0:2, Səmkir - Göyəzən 2:0.Şahdağ - Neftçi 1:2, Xəzər-L.- Karat 3:0,Turan - MOİK 3:0, Bakı - Bakılı 2:0, Karvan - G.Birliyi 3:0. Bu turdan sonra Qarabağ 30 xalla öz liderliyini qoruyub saxlayir.

Paylaş