`Qarabağ` `Ekranas`la qarşılaşdı..Canlı

`Qarabağ` `Ekranas`la qarşılaşdı..Canlı
`Qarabağ`ımız bugün Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama oyununa çıxacaq. Daha öncə `URAL`, `Hoverla` ilə qarşılaşan komandamız Litva çempionu `Ekranas`la Bakı vaxtıyla 19:00-da mücadilə edəcək.
Oyun Bələkdə, `İC Santai`nin futbol meydanında baş tutacaq.
***
Bugün Antalyada yenə fırtına başlayıb. Yağış və küləyə rəğmən oyunun baş tutacağı gözlənlir.
`Qarabağ`ın start heyəti belədir:
Miro Varvodiç, Maksim Medvdev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Riçard Almeyda, Vüqar Nadirov, Muarem Muarem, Vaqif Cavadov
1 - `Ekranas` oyuna başladı
3 – Güclü yağışa baxmayaraq `Qarabağ`ımız oyuna sürətli başlayıb.
8 – 2 künc zərbəsi Vaqifin həmləsi nəticəsizdir.
14 – Meydanın vəziyyəti komandamızın əleyhinə işləyir. Miro - Qara anlaşılmazlığı, topun yerdəki suya ilişməsi nəticəsində rəqibə düşür, litvalılar şansı qaçırmır.
17 – 2 dəqiqə ərzində topa nəzarətimiz Maksimin təhlükəli zərbəsiylə nəticələnsə də, qolkiper əla seyv edir.
20 – Oyunda topa nəzarət komandamızın tərəfindədir.
26 – Vüqarın zərbəsi dəqiq olmur
33 – İlk qolun təkrarı yenə qeydə alınır. Bu dəfə Miro Namiqi səhv gördü və rəqibin hücumçusu suya ilişərək geriyə çatmayan topa daha tez çataraq hesabı artırır.
39 – Vaqifin daha bir zərbəsi zamanı qolkiper dəqiq oynayır.
45 – İlk yarı başa çatdı
46 – İkninci yarı başladı. Komandamızda dəyişiklik yoxdu.
48 – Ansinin asmasından sonra qapıçı səhv etsə də topu tora göndərmək mümkün olmadı
51 – Muarem sarı vərəqə aldı
53 – Ansinin daha bir asması nəticəsiz qalır.
56 – Vüqarın baş zərbəsi dəqiq olmur
60 – 1 saat geridə qaldı
64 - `Qarabağ`ımız hesab arasındakı fərqi azaldır. Vaqifin asmasıyla Admir Teli fərqlənir.
65 - `Qarabağ`ımızda kütləvi dəyişiklik:Kamil, Təmkin, İlqar, Subaşiç, Elvin, Toğrul Zaur, Eltun, Bədavi oyuna daxil olur
70 – Antalyada hələ də yağış davam edir
74 - `Ekranas` hesab arasındakı fərqi artırır.
90 – Oyun başa çatır