“Qarabağ” Əlillər Günüylə bağlı turnir keçirdi (korner.az)

single-news
4 Dek 2009

“Qarabağ” Əlillər Günüylə bağlı turnir keçirdi (korner.az)



009-cü il 1-3 dekabr tarixləri arasında “Ruslan-93”-də Azərbaycan Xüsusi Olimpiya Komitəsi və “Qarabağ” Futbol Klubu ilə birlikdə 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş futbol turniri keçirilib. “Korner.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Bakı, Abşeron və Sumqayıtın 10-a yaxın xüsusi, yardımçı məktəb və internatların qız və oğlan komandaları iştirak edib. Yarışlar “Koka-Kola” şirkətinin və “Qarabağ” Futbol Klubunun sponsorluğu ilə təşkil olunur və keçirilib. Bu yarışlar 2010-cu ilin sentyabrında Polşadanın paytaxtı Varşava şəhərində keçiriləcək Avropa Xüsusi Yay Olimpiya oyunlarına seçmə xarakter daşımaqla bərabər hazırlıq mərhələlərindən biridi. 

Yarışlarda aşağıda göstərilən yardımçı, xüsusi məktəb və internatların komandaları iştirak edib:

Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi

Nəsimi rayonu 11 saylı yardımçı məktəb

Suraxanı rayonu 7 saylı yardımçı internat

Sabunçu rayonu 11 saylı yardımçı internat

Əzizbəyov rayonu 1 saylı yardımçı internat

Əzizbəyov rayonu 16 saylı xüsusi internat

Əzizbəyov rayonu E. Mirzəyev adına Respublika xüsusi internat məktəbi

Sumqayıt şəhər xüsusi internat məktəbi

Yarışların təqdimetmə mərasimində Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iştirak edib. Qurbanov verdiyi açıqlamada belə tədbirlərin çox olmasının faydalı olmasında danışıb: “Bir vətəndaş olaraq belə tədbirlərdə iştirak etmək fərəhvericidi. Futbolun kütləviliyi üçün bütün sahələrdə məqsədli tədbirlərin keçirilməsi vacibdi. İnanıram ki, bu uşaqların arasından sabah böyük ulduzlar yetişə bilər. Çünki onlar qazandıqlarını qədrini daha yaxşı anlayır”.


XOK-un prezidenti Şahin Əliyev isə bunları vurğulayıb: “Sevinirəm ki, futbola maraq gtetdikcə artır. XOK-un planında beynəlxalq əlillər günü, aprelin son həftəsində keçirilən futbol həftəsi, iyunda uşaqlar günü münasibətiylə belə yarışlar keçirməyi planlaşdırırıq. Aprel və İyun turnirlərində “Qarabağ” futbol klubunun aşağı yaş qrupları da adıçəkilən yarışlarda iştirak edəcək. Biz yarışları 12-14 yaşlı uşaqlar arsında keçiririk. Əsas məqsədimiz belə məktəblərin uşaqlarını cəmiyyətə inteqrasiyasına nail olmaqdı. Sevindirici haldı ki, getdikcə belə tədbirlərə maraq daha geniş vüsət alır. “Qarabağ” klubunun rəhbərliyinə bizə verdikləri hər tərəfli dəstəyə görə təşəkkürümüzü bildiririk”.

Paylaş

// pop up