“Qarabağ” elitada qalası oldu( idman.azer.net)

single-news
19 İyn 2005

“Qarabağ” elitada qalası oldu( idman.azer.net)



İqor Ponomaryovla yollarını ayıran elita təmsilçisi, deyəsən, çətin günlərini arxada qoymaq üzrədir. Ağdam klubunda baş məşqçi məsələsinə aydınlıq gətirilmədiyi üçün düşərgədə hökm sürən qeyri-sabit vəziyyət tədricən aradan qalxmaqdadır. Yeni “sükançı”nın kimliyi bəlli olmasa da, rəhbərliyin bu istiqamətdə axtarışlarını davam etdirməsi faktdır. Dünən aldığımız məlumata görə, rəsmilər klubun yaxın gələcəklə bağlı planlarını müəyyənləşdiriblər. Belə ki, “Qarabağ”ın güclülər dəstəsində oynayacağı dəqiqləşib. “Bosslar” komandanın reytinqini nəzərə alaraq kollektivin aşağı liqaya yuvarlanmamasını və elitada mübarizə aparmasını məqsədəuyğun sayıblar. Klubdan “Yeni Qafqaz”a verilən bilgiyə görə, vitse-prezident Tahir Gözəl güclülər dəstəsiylə yanaşı aşağı liqada qüvvəsini sınayacaq gənclərdən ibarət yeni kollektiv buraxmaq istəyinə düşüb. Türkiyəli Həmdi Sərpil Tüzün isə əvəzedici heyətin “sükançı”sı olacaq. Bu arada isə “Qarabağ” faktiki olaraq, 3 aparıcı futbolçusu ilə vidalaşıb. Vüqar Nadirov, Aslan Kərimov və Emin İmaməliyev digər iddialı komandalarla müqavilə bağlayıblar. İsmayıl Məmmədov, Aqil Məmmədov, Samir Abbasov, Samir Musayev, Abuzər İbrahimov, Rauf Mehdiyev, Azər Cabbarov və Vadim Vasilyev də komandanın sıralarını tərk etmək üzrədir.

Paylaş