`Qarabağ` Elnur Allahverdiyevlə yollarını ayırdı

single-news
9 İyn 2010

`Qarabağ` Elnur Allahverdiyevlə yollarını ayırdı



`Qarabağ`ımız yeni mövsüm üçün heyətini komplektləşdirməyi davam etdirir. Demək olar ki, ötən mövsümki heyəti qoruyub saxlayan komandamız yeni sezon öncəsi bütün futbolçularla müqavilələrini yeniləyib. Amma komandamızda 18 aydır çıxış edən sol cinah müdafiəçisi Elnur Allahverdiyev yeni sazişlə bağlı görüşmələrinə fərqli səbəblərdən qatılmaqdan imtina edib. Müqaviləsini başa çatan 27 yaşlı müdafiəçi heç bir səbəb göstərmədən görüşlərə gəlməməsi klub rəhbərliyinin onun haqqında son qərarı çıxarmasına səbəb olub. Belədə, klub rəhbərliyi Allahverdiyevlə danışıq aparılmamasına və müdafiəçiylə yolların ayrılması qərara gəlib.  

Paylaş

// pop up