"QARABAĞ" ELXAN ABDULLAYEVİ də YOLA SALDI (AYNA, 23.12.2005)
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1721.jpg)
23 Dek 2005
"QARABAĞ" ELXAN ABDULLAYEVİ də YOLA SALDI (AYNA, 23.12.2005)
Ağdam klubundan 9 futbolçu da kənarlaşdırıldı
Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Elxan Abdullayev dünən tutduğu vəzifədən ayrılıb. Məşqçi klub prezidenti Abdulbari Gözəllə görüşərək qarşılıqlı razılaşma əsasında komandadan gedib. Komanda rəhbəri məşqçiyə "Qarabağ"dakı fəaliyyətinə görə öz təşəkkürünü bildirib və gələcək işində uğurlar arzulayıb.
Qeyd edək ki, Elxan Abdullayev "Qarabağ"da təxminən altı aya yaxın müddət çalışıb. Onun başçılığı altında Ağdam təmsilçisi ilk dövrəni 14 komanda arasında doqquzuncu yerdə bitirib. Keçirdiyi 13 görüşdə 4 qələbə qazanaraq, 3 dəfə də heç-heçə oynayan "Qarabağ" 6 dəfə də meydanı məğlub tərk edib. Bu oyunlarda 15 qol vuran Ağdam klubu öz qapısında 19 top görüb. Bundan başqa, "Qarabağ" Elxan Abdullayevin rəhbərliyi ilə ölkə kubokunun 1/4 final mərhələsinə də yüksəlib.яAbdullayevi kimin əvəzləyəcəyi isə gələn həftənin əvvəli məlum olacaq. Məhz bundan sonra kluba gələcək yeni futbolçuların adları bilinəcək.
Ağdam klubu dünən həm də 9 futbolçunu yola salıb. Vidalaşanlar Tərlan Mahmudov, Dmitri Yeremeyev, Rəşad Muradov, Fəqan Şahbazov, Eltay Aslanov, Dmitri Spirin, Blazenko Bekovaç, Denis Sokolovski və Sergey Kravçenkodur.