“QARABAĞ” ƏN İNTİZAMLI KOMANDADIR
“QARABAĞ” ƏN İNTİZAMLI KOMANDADIR
XVI milli çempionat başa çatsa da hələ də premyerliqanın nəticələri müzakirə olunmaqdadır. İkinci dövrədə möhtəşəm çıxışa imza atan “Qarabağ” komandası sonuncu yarışda sadəcə qələbələriylə deyil, nizam-intizamı, meydanda davranış qaydalarına görə də özündən yaxşı mənada söz etdirib. Belə ki, mövsüm ərzində komandanın futbolçularının davranışı ən xoş sözlərə layiqdir. “Qarabağ” komandası mövsüm ərzində cəmi 50 dəfə sarı vərəqəylə cəzalanıb ki, bu da orta hesabla hər oyuna 1.9 vərəqə edir. Sadəcə “Turan” futbolçuları daha az kartla (41) qarşılaşıb . Ölkə futbolunun nə qədər sərt oynandığını nəzərə alsaq bunu qənaətbəxş nəticə hesab etmək olar. İl ərzində komandamızın cəmi iki üzvu Ayxan Abbasov və Rauf Əliyev “qırmızı”yla qarşılaşıbsa hər iki halda meydandan qovulma halları 2-ci sarı vərəqə nəticəsində göstərilib. Meydançanı vərəqəsiz tərk etmək baxımından isə komandamız açıq fərqlə liderdir. “Qarabağ” futbolçuları 7 oyunda meydanı vərəqə görmədən tərk ediblər. Komandamızın bu göstərici də ən yaxın rəqibi “Turan” və “Standart” isə eyni uğuru cəmi 4 dəfə təkrarlaya biliblər. Ümumiyyətlə, intizamı seçilən komandamız sadəcə bir dəfə sonuncu ümid folu olan penaltiylə cəzalanıb. “Gənclərbirliyi” ilə matçda Staniç fərqlənib. Lakin həmin oyun komandamızın əzmkar (3:1) qələbəsiylə yadda qalıb.
Bundan başqa qyed edək ki, “Qarabağ” mövsüm ərzində bir dəfə də olsun kənar amillərə görə cəzalanmayıb.