"QARABAĞ" ƏVƏZEDİCİLƏRƏ DƏRS KEÇDİ ( HET TRİK, 04.09.2006)

single-news
4 Sen 2006

"QARABAĞ" ƏVƏZEDİCİLƏRƏ DƏRS KEÇDİ ( HET TRİK, 04.09.2006)



Bildiyiniz kimi, bu mövsümdən başlayaraq, birinci dəstədə "Qarabağ-2" də çıxış edəcək. komanda yaradıldıqdan sonra ilk sınağını əsas heyətlə oyunda keçirib. Əsas heyətin üç üzvü- Namiq Yusifov, Fərid Haqverdiyev və Mehran Əliyevin də yer aldığı "Qarabağ-2" böyük qardaşlarına müqvimət göstərməyə çalışsa da, 16-cı dəqiqəyədək duruş gətirə bildilər. Samir Abbasov başla vurduğu qolla "Qarabağ"ı fasiləyə rahat yolladı. İkinci hissə də əsas komandanın üstünlüyü şəraitində keçdi. Bunun da nəticəsi olaraq Müşviq Hüseynovla Kənan Kərimov hərəyə bir dəfə fərqlənərək, hesabı 3:0-a çatdırdılar. bu oyunda əsas heyətin iki üzvü - Samir Musayevlə Sergey Sokolov millinin düşərgəsində olduqlarından olduqlarından matçda çıxış etmədilər. Bir məqamı da nəzərinizə çatdıraq ki, "Qarabağ-2" ölkə kubokunun ilkin təsnifat mərhələsində ilk oyununda sentyabrın 6-da "Şəfa" stadionunda "Şərur"a qarşı keçirəcək.

Paylaş