"QARABAĞ" ƏVƏZEDİCİLƏRİ İLƏ QARŞILAŞDI . . .

single-news
27 Okt 2005

"QARABAĞ" ƏVƏZEDİCİLƏRİ İLƏ QARŞILAŞDI . . .



"Qarabağ" Futbol Klubu Buzovnadakı stadionda VIII tur çərçivəsində keçiriləcək matçın hazırlıqlarını davam etdirir. Bu gün "Qarabağ" komandası Həvəskarlar Liqasında çıxış edən "Qarabağ-2" adlanan "B" komandası ilə yoxlama oyunu keçirdi. Heyətə baxış üçün vacib olan bu oyunda hər hissədə bir heyət meydana buraxan Baş Məşqçi Elxan Abdullayev müxtəlif düzülüşlərdə oyunçularını sınaqdan keçirdi. Hesaba gəlincə "A" komandasının üstünlüyü ilə keçən qarşılamada ilk hissədə Serqey Kravaçenko dubla imza atdı. Voskoboynik də fərqlənməyə imkan tapdı. İkinci hissədə də digər heyət meydana çıxsa da, onlar da bir neçə qolla yadda qala bildilər. "Qarabağ" növbəti çempionat oyununu 29 oktyabr tarixində Zabrat qəsəbə stadionunda son turdan sonra liderliyə yüksəlmiş "İnter"ə qarşı keçirəcək. Komandamıza çətin səfər mücadiləsində uğurlar arzulayırıq!

Paylaş