"QARABAĞ" ƏVƏZEDİCİLƏRİNİ SINAĞA ÇƏKDİ . . .
7 Okt 2006
"QARABAĞ" ƏVƏZEDİCİLƏRİNİ SINAĞA ÇƏKDİ . . .
"QARABAĞ" 6-1 "QARABAĞ-2"
"Qarabağ" - V.Naumov, S.Abbasov, B.İliç (H.İsgəndərov), A.Məmmədov, M.Orucov (R.Hüseynov), V.Haqverdiyev, R.Hüseynov, X.Mərdanov, H.Dəmir, M.Hüseynov, K.Kərimov.
"Qarabağ-2" - A.Səlimov, F.Xudadatov, N.Yusifov, R.Əliyev, Ş.Xasaylı, Y.Yaqubov, F.Hüseynov, F.Haqverdiyev, O.Bəşirov, Ə.İsmayılov, İ.Beraya.
Oyun başlayan kimi ""Qarabağ"ın gənclərə qarşı pressinqi qol gətirdi. Mübarizin ötürməsindən sonra Hakan ustalıqla topu qapıya göndərdi. 11-ci dəqiqədə Samir Abbasov qapıçının Kənanın zərbəsindən sonra dəf etdiyi topu ikinci həmlədən qapıdan keçirdi. Bunun əvəzində əvəzedicilərin heyətində meydana çıxmış İrakli Beraya heab arasındakı fərqi azalda bildi.Lakin hakim onun oyundankənar vəziyyətdə olduğunu qeydə aldı. 35 dəqiqəlik hissənin son dəqiqəsində Kənan Vasifin ötürməsini məntiqi sonluqla tamamlaya bildi: 3-0.
İkinci hissədə Mübarizin yerinə meydana daxil olmuş Ramiz Hüseynovun ilk ötürməsini Kənan qolla tamamladı. Az sonra Ramizin özü aşırma zərbəsi ilə hesabı 5-0 -a çatdırdı. Buna baxmayaraq, gənclərin qol vurmaq istəyi oyunun sonuna qədər müşahidə olundu və onlar buna hissənin ortalarında nail ola bildilər. İkinci hissədə meydana daxil olmuş Aqşin Mehdiyev hesab arasındakı fərqi azalda bildi- 5:1.Lakin bu da oyunda vurulmuş son qol olmadı. Bundan sonra Kənanın daha bir qolu matç hesabını qeydə aldı- 6:1.