`Qarabağ` Farer adalarına yollandı...yeni qələbə üçün

single-news
11 İyl 2011

`Qarabağ` Farer adalarına yollandı...yeni qələbə üçün



`Qarabağ` yola düşür. Avroliqanın ikinci mərhələsində Farer adalarının `Streymur` klubunun qonağı olacaq  komandamız bu səhər paytaxtı tərk edəcək. Səhər saatlarında Bakı – İstanbul – Kopenhagen reysiylə yola düşəcək komandamız Danimarkanın paytaxtında Farer adalarının eyni statuslu şəhəri Torşavna keçəcək.
Sabahı yolda keçirəcək komandamız bir də növbəti gün məşqə çıxacaq. Komandamız oyunun keçiriləcəyi stadionda yerli vaxtla 18:00-da (Bakı vaxtıyla 22:00-da) məşqə çıxacaq. `Qarabağ`ımız Farer adalarına son məşqdə zədələnmiş Tural İsgəndərovsuz yollanır.
Xatırladaq ki, Avroliqanın 2-ci mərhələsində `Streymur` - `Qarabağ` oyunu İyulun 14-ündə Bakı vaxtıyla 23:00-da baş tutacaq.

Paylaş

// pop up