“Qarabağ” fasiləyə qələbə ilə yollanır

“Qarabağ” fasiləyə qələbə ilə yollanır
“Zirə” – “Qarabağ” – 0:1
24 dekabr 2023. Saat 18:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Cəmil Quliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Məqsəd İsayev, 13 (qeyri-idman hərəkəti); Eldar Quliyev, 38 (qeyri-idman hərəkəti) // Julio Romao, 26 (qeyri-idman hərəkəti); Leandro Andrade, 35 (qeyri-idman hərəkəti); Patrik Andrade, 36 (hakimin qərarına etiraz); Elvin Cəfərquliyev, 55 (qeyri-idman hərəkəti); Yassin Benzia, 85 (qeyri-idman hərəkəti)
Qol: Olavio Juninyo, 30
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XVIII turunda “Zirə” ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri mövsümün ilk yarısında son matçına səfərdə çıxıblar.
2023-cü ilin son görüşü qarşılıqlı hücumlarla başlayıb. Futbolçularımız ön xətdə fəallıq nümayiş etdirsələr də, hissənin ortalarına qədər rəqibin müqavimətini qırmaqda çətinlik çəkiblər. İlk 45 dəqiqənin ikinci yarısında üstünlüyü ələ alan “Qarabağ” daha çox hücum qurub.
Yassin Benzia bir neçə epizodda hesabı açmağa yaxın olub. Rəqib qapısına isə Olavio Juninyo yol tapıb. Çempionatın bombardiri Toral Bayramovun cinahdan ötürməsini yaxın məsafədən uzaq küncə göndərib – 1:0. Bu, hücumçumuzun Premyer Liqanın cari mövsümündə 13-cü qolu olub.
Hesab açıldıqdan sonra da komandamızın fərqi artırmaq imkanları olub. Yassin Benzia, Julio Romao və Elvin Cəfərquliyevin zərbələri yaddaqalan olub. Fasilə ərəfəsində isə Bəhlul Mustafazadə əlverişli imkanı qaçırıb.
İkinci hissə də eyni ssenari ilə keçib. Ardıcıl hücumlar quran “Qarabağ” fərqi artırmağa yaxın olub. Fasilədən sonra Elvin Cəfərquliyev və Abdullah Zubirin əldə etdiyi epizodlar təhlükəli alınıb.
Rəqibin hücum cəhdlərinin önünü inamla alan futbolçularımız ikinci qol axtarışlarını davam etdiriblər. Hissənin ortalarında meydan sahibləri oyunu tarazlaşdıra biliblər. Azarkeşlər qarşılıqlı hücumlara şahid olublar. Hər iki komanda təhlükəli epizodlar yaratsa da, hesab dəyişməz qalıb.
Beləliklə, Premyer Liqanın lideri olan “Qarabağ” xal hesabını 41-ə çatdırıb. Komandamız qış fasiləsinə 12 xallıq üstünlüklə yollanıb.
Qeyd edək ki, mövsümün ikinci yarısına 2024-cü il yanvarın 21-də start veriləcək.
“Zirə”
97. Tiaqo Silva
77. Məqsəd İsayev
32. Qismət Alıyev (k)
20. İsmayıl İbrahimli
(19. Salifu Suma, 63)
16. Fuad Bayramov
9. Vladislav Kulaç
(11. Rüstəm Əhmədzadə, 63)
4. Ruan Renato
44. Dmitrios Çantakias
(5. Stefan Aka, 49)
70. İssa Cibrila
28. Abbas İbrahim
(21. Hacıağa Hacılı, 63)
6. Eldar Quliyev
(10. Rəhim Sadıxov, 85)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
50. Səlim Həşimov
8. İlkin Muradov
66. Pərviz Azadov
23. Andriya Lukoviç
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”
99. Andrey Lunyov
55. Bədavi Hüseynov (k)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
(90. Nəriman Axundzadə, 85)
10. Abdullah Zubir
(19. Redon Cica, 90+2)
66. Patrik Andrade
(8. Marko Yankoviç, 70)
7. Yassin Benzia
18. Olavio Juninyo
(17. Hamidu Keyta, 85)
6. Julio Romao
15. Leandro Andrade
(29. Marko Veşoviç, 70)
Ehtiyat oyunçular:
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
20. Riçard Almeyda
30. Abbas Hüseynov
4. Rahil Məmmədov
11. Adama Diakabi
2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov