“QARABAĞ” FAVORİTİ ASANLIQLA MƏĞLUB ETDİ

single-news
16 Apr 2007

“QARABAĞ” FAVORİTİ ASANLIQLA MƏĞLUB ETDİ



“Qarabağ” Futbol Klubu və “Azərsun Holdinq”in təşəbbüsü ilə keçirilən 1 Həmrəylik qrupunun qrup mərhələsənin oyunları başa çatıb. İlkin mərhələdən sonra  “Bakı Yağ və Qida” komandasını çıxmaq şərtiylə bütün iddialılar növbəti mərhələyə vəsiqə qazandı. A qrupunda “Mühafizə Departamenti” və “Qafqaz Ticarət”, B qrupunda “Karton Tara” və “Depo və Sevkiyyat”,  C-də “ Ruslan-93” və “Cross Caspian” adını ¼ finala yazdırdı. D qrupunda “Qarabağ”ın veteranları və “Petrolium-2” komandasının son tura qədər play-offa vəsiqəni təmin etməsinə baxmayaraq tərəflərin mübarizəsi bir neçə cəhətdən maraq doğururdu.
Belə ki, Hər iki komanda turnirdə ən çox fərqlənməklə yanaşı ən böyük top fərqinə malik komnadalar kimi diqqəti cəlb edirdi. “Qarabağ” 29 dəfə fərqlənib 2 dəfə məyus olmuşdusa, “Petrolium, 2 dəfə daha çox fərqlənib eyni sayda top buraxmışdı. Üstəlik, çempionatın bombardirlərinin Ahmet Adıgüzel və Yaşar Hüseynovun qarşılaşması da maraq doğururdu. Komandamızla bağlı daha bir maraqlı məqam baş məşqçi Rasim kara ilk dəfə meydana çıxması idi.
Görüş, qarşılıqlı hücumlarala başlasada gənclərdən qurulmuş “neftçi”lərin qola yaxın olduğunu qeyd etməliyik. Amma, onların təcrübəsizliyi qola sevinməsinə imkan vermirdi. Getdikcə, təşəbbüsü ələ alan “Qarabağ” Yaşar Hüseynovun güclü zərbəsiylə hesabı açdı. Düzdü, “Petrolium” hesabı bərabərləşdirsədə Hüseynovun uzaq məsafədən endirdiyi möhtəşəm zərbə “neftçi”ləri sındırdı. Ümumiyytlə, “Qarabağ-2”inin baş məşqçisinin formada olduğunu qeyd etməliyik. Yaşar bəy matç ərzində 5 dəfə fərqlənməklə, komandanın ümumi qələbədə mühim rol oynadı. “Qarabağ”ın 8:2 qalib gəldiyi matçda Rasim Kara 2, Emin Salmanov isə 1 qola imza atdı. ¼ finalda qarşılaşacaqlar.
21 Aprel: “Qarabağ” – “Depo və Sevkiyyat”, “Petrolium-2” – “Karton Tara", “Ruslan-93 – “Qafqaz Ticarət”, “Cross Caspian” – “Mühafizə Departamenti”
 


Paylaş

// pop up