“Qarabağ” - “Ferensvaroş” oyununun hakimləri müəyyənləşdi

single-news
25 Avq 2025

“Qarabağ” - “Ferensvaroş” oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Ferensvaroş”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Kleman Turpin idarə edəcək. Nikolya Danos və Aleksis Auqer oyunun baş hakiminin köməkçiləri olacaqlar. Romen Lissorq dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Jerom Brisar və Nikolya Renvill olacaqlar.

 

Qeyd edək ki, komandamız Macarıstanda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanıb.

 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45. “Qarabağ” – “Ferensvaroş
Baş hakim: Kleman Turpin
Baş hakimin köməkçiləri: Nikolya Danos, Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR hakimləri: Jerom Brisar, Nikolya Renvill (hamısı Fransa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up