"Qarabağ" - "Ferentsvaroş": akkreditasiya elanı
29 İyl 2022
"Qarabağ" - "Ferentsvaroş": akkreditasiya elanı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
Akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələri ala bilərlər;
Qeydiyyatdan keçmək istəyənlər iyulun 30-u saat 18:00-dək çalışdığı yeri və vəzifəsini press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;
Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV yazmalıdırlar.
Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.