"QARABAĞ" FİNALDA! ( AYNA, 04.05.2006)

single-news
4 May 2006

"QARABAĞ" FİNALDA! ( AYNA, 04.05.2006)



Dünən ölkə kubokunun ilk finalçısı bəlli olub. İlk matçda "Neftçi" ilə qolsuz heç-heçə edən "Qarabağ" Suraxanıda keçirilən cavab görüşündə istəyinə çatıb. Birinci hissədə vurulan yeganə qol ağdamlılara qələbə gətirib. Böyükağa Ağayevin yetirmələrinin finaldakı rəqibi isə mayın 7-də bəlli olacaq. Həlledici görüşə vəsiqə qazanmağa real namizəd isə "Xəzər-Lənkəran"dır. Çünki cənublular dünən "Karvan"la öz meydanında keçirdikləri ilk görüşdə 1:0 hesabı ilə uğur qazanıblar. Lənkəran klubundan 87-ci dəqiqədə Lita fərqlənib. Bazar günü Yevlaxda baş tutacaq matçda Viktor Pasulkonun kollektivinə məğlubiyyətdən savayı, istənilən nəticə sərf edir. Ölkə kubokunun sahibi isə mayın 28-də keçiriləcək final görüşündə bəlli olacaq.

Paylaş