"Qarabağ" finalda! (www.news.baki.info)

single-news
4 May 2006

"Qarabağ" finalda! (www.news.baki.info)



"Qarabağ" Futbol Klubu bu günü də tarixinə qızıl hərflərlə yazdı. Ölkə kubokunun sahibini 1/4 finalda məğlub edən "Qarabağ" Sön ölkə çempionu olan "Neftçi" Futbol Klubunu da yarımfinalda "dur" deməyə məcbur etdi. İlk oyundan 0:0-lıq nəticə ilə dönən komandamız rəqiblərimiz üçün keçilməz olan -Suraxanı qəsəbə stadionunda "Neftçi"ni məğlub etməyi bacardı. "Neftçi" isə bacarmadı. "Onlar məğlubiyyətin acısını həzm etməyi bacarmadılar. Matçın protokolunda da yazıldığı kimi, klubun vitse prezidenti hakimləri şantaj etməkdən belə çəkinmədi. Oyundan sonra bir qrup şəxsin (rəsmi nümayəndələr də daxil olmaqla) hakimlərin üzərinə hücum etmək cəhdi təhlükəsizlik xidmətləri tərəfindən alındı. Qarmaqarışıqlıq yaratmaq istəyi də baş tutmadı. "Qarabağ" rəsmi şəxslərinin üzərinə belə hücum etməkdən çətinməyən, nalayiq sözlərlə provakasiyaya sürükləyən rəqib komanda onları sakitləşdirmək istəyənlərlə də yumşaq desək, özlərinə yaraşmayan hərəkətlə cavab verdilər. Matçın protokoluna də bəzi qeydlər olundu. Yuxarıda gördüyünüz şəkil qol epizodudur. Məhz həmin epizodda Aslan Kərimov topu Samir Musayevə ötürdü ki, o da topu qapıdan keçirdi. Şəkildə topun xətdən çıxıb çıxmaması açıq aydın görsənir... Biz həmişə olduğu kimi, "Neftçi" PFK-nu özümüzün böyük qardaşı hesab edir, futbolumuzun flaqmanına çempionluq yolunda uğurlar arzulayırıq. Olanların sadəcə hissləri cilovlaya bilməmə kimi qiymətləndirir, "Neftçi" ilə dost olduğumuzu bir daha bəyan edirik... "Qarabağ" Futbol Klubu layiq olduğu kubokun finalına yüksəldi. Finalda rəqibin kimliyindən asılı olmayaraq, kubokun "Qarabağ" muzeyinə gətiriləcəyinə bütün "Qarabağ" sevərlər kimi, biz də inanırıq. "Qarabağ"FK-nun mətbuat xidməti

Paylaş