“Qarabağ” finalda!

single-news
23 Apr 2025

“Qarabağ” finalda!



“Qarabağ” - “Araz-Naxçıvan” - 3:0

Yassin Benzia, 65; Nəriman Axundzadə, 70; Toral Bayramov, 77 (pen.)

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Araz-Naxçıvan”ı qəbul ediblər. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmaya komandamız bu heyətlə çıxıb: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən hər iki komanda topa daha çox nəzarət etməyə çalışıb. Həm meydan sahibləri, həm də qonaqların ifasında azsaylı təhlükəli hücumlar təşkil olunub. Lakin müdafiəçilərin və qapıçıların səhvsiz çıxışı sayəsində qapılara qol vurulmayıb. Hissənin ortalarından etibarən futbolçularımız təşəbbüsü tamamilə ələ keçiriblər. Ancaq fasiləyə qədər rəqibin sıx müdafiə xəttini yarmaq mümkün olmayıb.

 

İkinci hissə komandamızın böyük üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq futbolçularımız rəqib qapısından 3 cavabsız top keçiriblər. Yekunda 3:0 hesablı qələbə qazanan komandamız ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxıb və Azərbaycan kubokunda finala yüksəlib.

 

Qeyd edək ki, komandamızın finaldakı rəqibi “Sabah” – “Neftçi” cütünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Paylaş

// pop up