“Qarabağ” “Fiorentina” klubunu qabaqlayıb, “Espanyol”la şərik oldu (apasport.az)
“Qarabağ” “Fiorentina” klubunu qabaqlayıb, “Espanyol”la şərik oldu (apasport.az)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “İnter” (İtaliya) 312 xalla planetin ən yaxşı komandalarının cədvəlinə başçılıq edir. Müvafiq olaraq 292 və 278 xala malik “Barselona” (İspaniya) və “Bavariya” (Almaniya) da ilk “üçlük”də qərarlaşıblar.
Dünyanın 404 ən güclüsü arasında Azərbaycan bir klubla təmsil olunub. Bu, Ağdam təmsilçisi “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 80 xalla 241-ci yerə şərik olan 6 komandadan biridir.
Ağdamlıların şərikləri sırasında “Espanyol” (İspaniya) kimi tanınmış komanda da var. Ötən ayla müqayisədə 7 pillə irəliləyən “Qarabağ”ın arxada bu müddətdə keçdiyi komandalar arasında “Fiorentina” (İtaliya), “Renn”, “Soşo” (hər ikisi Fransa) kimi klublar da var.