"Qarabağ" FİTNESS KLUB-da

single-news
3 İyl 2007

"Qarabağ" FİTNESS KLUB-da



"Qarabağ" Futbol Klubu təlim məşqin növbəti günündə ilk məşqinə yerli vaxtla saat 10:30-da başladı. Kiçik meydançada isinmə hərəkətlərindən sonra komanda Fitness Kluba yollandı. Baş Məşqçi Rasim Karanın qısa ediləcək hərəkətlərin başa salmasından sonra komanda üzvləri  idman alətləri ilə hərəkətlərə başladılar...Saat 12:00-da məşqi başa vuran komanda üzvləri hovuza yollanaraq əyləncəli istirahət etdilər...

Günün ikinci məşqi isə idman meydançasında oldu. Saat 17:30-da başlayan məşq bütünlüklə topla hərəkətlərə həsr olundu. Futbolçuların ikili topla hərəkətləri, müdafiə meylli birə bir, birə iki aldadıcı hərəkətləri Baş Məşqçi Rasim Karanın şəxsən müşayəti və göstərişləri ilə keçdi.

Məşqin sonu komanda üzvlərinin istəyi ilə ikitərəfli oyunla başa çatdı. Maraqlı keçən oyun 1:1 hesabı ilə başa çatdı....

 "Qarabağ" Futbol Klubunun FİTNESS KLUB -da məşq prosesini əyani izləmək üçün aşağıdakı linkə daxil olmaq kifayətdir:

"QARABAĞ" FİTNESS KLUBDA

Paylaş

// pop up